Axtar

Dövlət Məşğulluq Agentliyi 3 milyon dollarlıq kənd təsərrüfatı malları alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

ENA.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 5-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 13-ü, saat 15:00-a qədər Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Şahin Qubadovdır. Telefon: (012) 497-71-34.

Təkliflərə aprelin 14-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33