Bank

AccessBank”da əmanət məbləği artdıqca faiz dərəcəsi də avtomatik artır

“AccessBank” yeni əmanət məhsulunu - “myGoal” – “Hədəfim”i müştərilərə təklif edir. Yeni əmanət məhsulu ilə Bankın müştəriləri həm yığdıqları məbləğdən, həm də artan faizdən gəlir qazanırlar. Belə ki, əmanət məbləği artdıqca faiz dərəcəsi də avtomatik artır. 

“myGoal” – “Hədəfim” əmanətinin maksimal müddəti 36 ayadəkdir. Milli valyutada yerləşdirilən əmanətlər üçün maksimal faiz dərəcəsi 9.1, ABŞ dolları ilə yerləşdirilənlər üçün isə 1% təşkil edir. Faizlər əmanət müddətinin sonunda ödənilir.
Əmanət hesabını həm nağd, həm də istənilən bankın ödəniş kartı ilə “myAccess” üzərindən nağdsız qaydada artırmaq mümkündür.

“myGoal” əmanəti haqqında ətraflı məlumat almaq üçün:

https://www.accessbank.az/az/private/deposits/mygoal/

Digər məhsullar haqqında məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz. Məhsullar haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından əldə edə bilərsiniz.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department