Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedən azərbaycanlılardan bu sənədlər TƏLƏB OLUNACAQ
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədləri açıqlayıb.
ENA.az xəbər verir ki, xidmət rəisinin sözlərinə görə, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsini təqdim etməlidirlər:
“Rusiya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur.
Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini (daimi yaşama icazəsi olanlara aid deyil) və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.
Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.
Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (Konsulluqlarına) müraciət etməlidir”.