Sosial iqtisadiyyat

Azərbaycanda kotirovka sorğuları da elektron qaydada keçiriləcək

Azərbaycanda kotorovka sorğularının da dövlət satınalmalarının vahid elekton portalı vasitəsi keçirilməsi nəzərdə tutulub.

“ENA” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib.

Onun sözlərinə görə, bu məqsədlər "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanıb: "Sənəd qəbul edildikdən sonra kotirovka sorğuları da elektron qaydada keçiriləcək. Bu isə elektron satınalmaları artıracaq.

Çox qısa müddətdə qanunvericiliyə dəyişiklik ediəcək, ola bilsin gələn ayın sonundan bu dəyişiklik qəbul olunacaq. Qüvvədə olan qanunvericilikdə müddətlər ya uzundur, ya da göstərilməyib. Buna görə boşluqlardan sui-istifadələr edilir. Bugünkü qanunda proseslər də biznesə uyğun deyil. Qanunun tələbləri olmadığı üçün satınalmalardan kənar qalan hallar olur. Biz hətta yeni qanunun qəbulunu gözləmədən belə satınalmalarla bağlı elektron portalın təkmilləşdirilməsi ilə məşğuluq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)