ENA+

Yağışın hara yağacağını əvvəlcədən bilmək olacaq

"2019-cu ildən etibarən ölkəyə doppler radar sistemləri gətiriləcək ki, bu da proqnozların dəqiq olmasına şərait yaradacaq”. 

"BI" xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mətbuat konfransında deyib. 

O bildirib ki, gələn ildən saytda da yeniliklərin tətbiq olunması planlaşdırılır.

“Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artıracaq. Şəhərin hansı hissəsində yağışın müşahidə olunub olunabilməyəcəyini artıq deyə biləcəyik. İndiyə kimi olan cihazlar buna imkan vermirdi. Kifayət qədər çox vəsait tələb edən sistemlərdir. Çalışırıq ki sistemlər bütün ölkəni əhatə etsin. Azı 3 radarın quraşdırılması nəzərdə tutulur. Mərhələli şəkildə olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department