Aqrar

Bu il alma ilidir: Rusiya Azərbaycandan idxal kvotasını artırdı

Rusiyanın Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (Rosselxoznadzor) 2021-ci ildə 37 Azərbaycan müəssisəsinə Rusiya Federasiyasına alma ixrac etməyə icazə verib.

“Razılaşma videokonfrans formatında keçirilən təkrar görüşlər zamanı əldə edildi. İclaslarda Azərbaycandan Rusiyaya alma ixracına qoyulan məhdudiyyətlərin ləğvi məsələsi müzakirə edildi və alma becərilməsi ilə məşğul olan müəssisələrin monitorinqi aparıldı ”, - deyə məlumatda bildirilir.

İlkin açıqlamalara görə, 37 Azərbaycan müəssisəsindən Rusiyaya 2021-ci ildə alma ixracının həcmi 88 min 232 ton təşkil edəcək.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycandan 67 alma istehsalçısı Rusiyaya alma ixrac edib. Tədarük həcmi isə 66.924 min ton təşkil edib.

Beləliklə, 2021-ci ildə Azərbaycandan Rusiyaya alma ixracının həcmi ən azı 31,8% artacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)