MALİYYƏ

Dövlət şirkətlərinin verildiyi - HOLDİNQİNDƏ NƏLƏR VAR?

Ötən həftənin sonunda daha üç iri dövlət şirkətinin Azərbaycan İnvestisiya Holdinqinə verilməsi bu qrumun rəhbərlik etdiyi sahələrin daha geniş arealı əhatə etməsinə səbəb oldu.  

Büdcə gəlirlərində müsbət rolu olması üçün saxlanılan bu dövlət müəssisələrinin büdcənin "qanını içməsi"ni dayandırmaq məqsədilə atılan bu addımın nə qədər effektiv olacağını isə zaman göstərərcək.
 

Hazırda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı belədir:

  • Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
  • “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti
  • “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti
  • “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  • “AzerGold" Qapalı Səhmdar Cəmiyyəti
  • “Azərenerji" Açıq Səhmdar Cəmiyyəti
  • “Azərsu" Açıq Səhmdar Cəmiyyəti
  • “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti
  • Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
  • “Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti
  • “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
  • “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
  • “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  • “Təmiz şəhər ASC" Açıq Səhmdar Cəmiyyəti
  • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
    • “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
    • “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti
    • “Azerbaijan International Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti
    • “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti
    • “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti
  • Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.
  • "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının üzvü, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, dövlət şirkətlərində xərclərə ciddi nəzarət ediləcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)