“Facebook” öz “ağıllı” saatını buraxacaq
Verilən məlumata görə, “Facebook”un istehsal edəcəyi bu saat sosial şəbəkə daxilində (“Instagram”, “WhatsApp” da daxil olmaqla) ünsiyyət üçün nəzərdə tutulacaq.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Eyni zamanda, cihazda sağlamlıq və fitness məlumatlarını izləmə funksiyası da olacaq. Qeyd edək ki, sosial şəbəkənin bu məlumatlardan istifadə edib-etməyəcəyi hələ bəlli deyil.
“Ağıllı” saat Android əməliyyat sistemi əsasında işləyəcək və smartfon olmadan belə internet şəbəkəsinə qoşula biləcək. Mütəxəssislərin sözlərinə görə, cihaz 2022-ci ildə satışa çıxacaq.
Bundan əlavə, “Facebook” öz əməliyyat sistemi üzərinə işləyir. Şirkət bu məlumatı şərh etməkdən imtina edib.