“Holcim Azerbaijan”a yeni baş icraçı direktor təyin edilib
Azərbaycanın iri sement istehsalçısı olan “Holcim Azerbaijan” şirkətində yeni kadr dəyişikliyi baş verib.
ENA.az xəbər verir ki, bu barədə “LafargeHolcim Russia” şirkətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, “Holcim Azerbaijan” şirkətinə yeni baş icraçı direktor təyin edilib. Bu vəzifə Xalid Samakaya həvalə edilib. O, bu vəzifədə Frederik Qumbalı əvəz edib.
Qeyd edək ki, X. Samaka 2001-ci ildən “LafargeHolcim Russia”da çalışıb. O, 2017-ci ildən “LafargeHolcim Russia”da texniki direktor vəzifəsində çalışıb. Bundan əvvəl isə o, Rusiyanın Kolomna və Voskresensk şəhərlərindəki sement zavodlarına rəhbərlik edib.
Xatırladaq ki, 70 ölkədə fəaliyyət göstərən "Holcim" şirkətı Azərbaycanda 2000-ci ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 31 mln 812 min 880 manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14%-i isə fiziki şəxslərə məxsusdur. “Holcim Azerbaijan”in illik istehsal gücü 1,7 milyon tondur.