BİZNES

Azərbaycanda iki böyük zavod arasında kommersiya mübahisəsi yaranıb

Azərbaycanda iki böyük zavod arasında kommersiya mübahisəsi yaranıb.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, məlumata görə, metal, plastik boru və fitinqlərin istehsalçısı “Met-Ak” MMC “ATEF” Şirkətlər Qrupu MMC-ni məhkəməyə verib.

Şirkət “ATEF” barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib, müqavilələrdən əmələ gələn öhdəliklər yerinə yetirilməməsindən gələn mübahisədən şikayətlənib.

Alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisəyə 23 fevralda baxılması gözlənilir.

“ATEF” Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)