Mikayıl Cabbarov: "Ötən il rekord həddə aksiz daxilolmaları əldə edilib"
![](https://ena.az/uploads/news/2021-02/_ena_ed3f86e220a5be45970285545_o.jpg)
"Aksizli məhsullar sahəsində şəffaflaşma gəlirlərin leqallaşdırılması və daxilolmaların artımı ilə nəticələnir".
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ildə qeyri-neft sektorundan aksiz daxilolmaları (397,2 mln manat) 2017-ci ilin göstəricisindən 18 dəfə (22,4 mln manat) çox olub.