Sosial iqtisadiyyat

Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün bahalaşıb- RƏSMİ

2021-ci ilin yanvar ayında 2020-ci ilin yanvar ayına ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4.6 faiz, qeyri-ərzaq məhsulları üzrə 3.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1.3 faiz artıb.

2021-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 1.4 faiz artıb.

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron
məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün,
yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının,
naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun
qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi
dəyişikliklər baş verməmişdir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department