Bakının bu rayonunda koronavirsa yoluxma halları azalıb

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.
ENA.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Bakıda yoluxanların 15,1 %-i Binəqədinin payına düşüb.
Sonrakı yerlərdə 13,1 %-lə Xətai, 12,2 %-lə Yasamal, 10,8 %-lə Sabunçu, 8,2 %-lə Suraxanı, 8,1%-lə Nərimanov, 7,8 %-lə Nəsimi, 7 %-lə Nizami, 6,9 %-lə Xəzər, 5,3 %-lə Qaradağ, 5 %-lə Səbail, 0,5 %-lə isə Pirallahı rayonları qərarlaşıb.