"Equinor" Azərbaycandakı şirkətlərini bağlayır
Norveçin "Equinor Shah Deniz AS" və "Equinor Azerbaijan AS" enerji şirkətlərinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduqlarını elan ediblər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti bu barədə yazıb.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti küçəsi, ev 25E ünvanına bildirə bilərlər.