Rusiyadan qanunsuz gətirilən dərman preparatları aşkarlandı
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Bu barədə “ENA” DGK-ya istinadən xəbər verir.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 1 300 həb, 120 flakon dərman preparatları və 175 ədəd tibbi şam aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.