Yanvarda hərraclarda satılmış valyutanın məbləği açıqlandı
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Fonddan bildirilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin dekabr ayı ərzində 637 milyon 740 min ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, dekabr ayı ilə müqayisədə yanvar ayında satılan vəsait 9 milyon 160 min manat çox olub.
Son 2 ayda valyuta hərraclarında 1 milyard 282 milyon 640 min dollar vəsait satılıb.
Mərkəzi Bank 2021-ci ilin yanvar ayında keçirilmiş 8 valyuta hərracında 644.7 milyon dollar satıldığını açıqlayıb.