MALİYYƏ

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-dən çox artıb

Naxçıvan Muxtar Respublikasında (MR) bu il iyunun 1-nə 55 678 vergi ödəyicisi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu, ötən il mayın 1-i ilə müqayisədə 7,2 % çoxdur.

Vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,2 %, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 4,3 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 % artaraq 1 883 olub.

2026-cı ildə kommersiya qurumlarının 85,6 %-i elektron qaydada, 14,4 %-i kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)