Səlim Müslümov HƏBS EDİLDİ
Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tutulub. Hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.
Şübhəli şəxs qismində saxlanılma müddəti 48 saatdır. Həmin müddət bitəndən sonra əsaslı şübhələr üzrə məhkəmə həbs qəti-imkan tədbiri seçə bilər.
Qeyd edək ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədr müavini olduğu dövrdə S.Müslümov onun müavini olub. Onu da nəzərinizə çatdıraq ki, S. Müslümov DGK-nin sədr müavini olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.