"Rabitəbank" işçi axtarır - VAKANSİYA
Rabitəbank Sahil filialına xəzinədar vəzifəsinə işə qəbul elan edir!
Vəzifə öhdəlikləri:
• Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
• Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
• Müştərilərə xəzinə xidməti göstərir;
• Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir;
• Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir;
• Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir;
• Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir;
• Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
• Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir;
• Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır;
Vəzifəyə olan tələblər:
• Xəzinədə azı 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir);
• Vətəndaş qüsürsuzluğuna malik olma;
• Kollektivdə işləmə bacarığı;
• Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olma;
• Nəzakətli, gülərüz olmaq;
• Məsuliyyət, tələbkarlıq, təşəbbüskarlıq kimi xüsusiyyətlərə malik olmaq.
CV-lərinizi mailın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə career@rabitabank.com mail ünvanına göndərməyiniz xahiş olunur.