“Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”
![](https://ena.az/uploads/news/2021-02/_ena_2aea4ea45a31000c862b2066a_o.jpg)
“Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”.
“ENA” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev ölkə KİV-inə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın internet seqmentindən ayrılması haqqında qanun bu istiqamətdə uyğun risklər fonunda muxtar idarəetməyə imkan verir.
“Məlum olduğu kimi internetin idarə edilməsində ABŞ-ın istinasız hüququ var. Odur ki, kiminsə fikrinə gələrsə, fövqəladə hadisə olarsa onda bu baş verəcək”, - D.Medvedev bildirib.
O, internet açarının okeanın o tayında olduğunu da vurğulayıb.