Rəsmi

Azərbaycan Prezidenti: "2018-ci ildə ölkəmizdə iqtisadi məsələlər çox uğurla həll edilib"

“Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin çox böyük əhəmiyyət daşıyan növbəti görüşünün dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə arasında məhz Azərbaycanda keçirilməsi ölkəmizə inamdan qaynaqlanır”. 

"BI" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib. 

Dövlət başçısı 2018-ci ildə ölkəmizdə iqtisadi məsələlərin də çox uğurla həll edildiyini diqqətə çatdırıb. İdman sahəsində qazanılan qələbələrdən danışan Prezident İlham Əliyev bildirib ki, idmançılarımız bu il 800-ə yaxın medal qazanıb, onlardan da 263-ü qızıl medaldır. “Bu qələbələr sadəcə idman qələbəsi deyil. Bu qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”, - deyən dövlət başçısı idmançılarımzın həyatda da gözəl nümunə göstərdiklərini diqqətə çatdırıb. Artıq regionlarda 44 olimpiya idman mərkəzinin fəaliyyət göstərdiyini, gələn il 3 belə mərkəzin inşa olunacağını deyən Prezident İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın uğurlarının beynəlxalq idman təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalının, tarixdə ilk dəfə olaraq Bakıda futbol üzrə Avropa liqasının final görüşünün keçiriləcəyini deyən dövlət başçısı artıq idmanın cəmiyyətimizin ayrılmaz hissəsinə çevrildiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department