Azərbaycanın aparıcı şərabçılıq müəssisəsi ASC-dən MMC-yə çevrilir
Fevralın 8-də, saat 10:00-da “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Gəncə şəhəri, Zaur İsmayılov küçəsi, 86 (Kənar küçəsi 3) ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin təşkilati-hüquqi formasının ASC-dən MMC-yə dəyişdirilməsi, bununla əlaqədar nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Gəncə Şərab-2” 2003-cü ildə yaradılıb, Azərbaycanın aparıcı şərabçılıq müəssisəsidir. Onun nizamnamə kapitalı 10,685 milyon manatdır.