Rusiya əhalisi kəskin azalıb
2020-ci ildə Rusiyanın əhalisi 510 min nəfər azalıb.
ENA.az xəbər verir ki, bunu Rusiya Federal Dövlət Statistika Xidməti açıqlayıb.
2021-ci il yanvarın 1-nə əsasən, ölkə əhalisi 146 milyon 238 min təşkil edib.
Xidmətin məlumatına görə, sonuncu dəfə bu cür azalma 15 il öncə qeydə alınıb. Belə ki, 2005-ci ildəki 143,8 milyon əhali sayı 2006-cı ildə 143,2 milyona enib.