İnşaat və əmlak

Mənzillərdə otaqların sayını artırmaq problem yarada bilər - VİDEO

Vətəndaşlar bir çox hallarda yeni tikilən yaşayış binalarından mənzil alarkən otaqların sayını artırırlar. Amma bəzi qaydalara əməl etməmək sonradan müəyyən problemlərin ortaya çıxmasına səbəb olur.

"BI" xəbər verir ki, mənzildə otaqların sayını artırmaq istəyən vətəndaş kiçik bir nüansa diqqət etmədikdə bir neçə il keçdikdən sonra əlavə xərcə düşərək ya artırdığı otağı sökməli olur, ya da başqa mənzil almağa üstünlük verir.

Bəs problemlə qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

Memar-dizayner Muxtar Vəliyevin fikrincə, bəzi hallarda tikinti şirkətləri mənzilləri elə formada tikirlər ki, onun otaqlarının sayını artırmaq məqsədəuyğun olmur. Buna baxmayaraq, belə vəziyyətdə otaqların sayını artıran vətəndaşlar çox olur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)