Sosial iqtisadiyyat

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi belə olacaq – VIDEO

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin konsepsiyası təqdim olunub.

ENA.az xəbər verir ki, çoxmərtəbəli kompleks milli atributlarımızdan olan Aypara və Səkkizguşəli ulduz şəklində, ultramüasir formatda bütün standartlara cavab verəcək.

Bu layihə dünyada ilk olacaq. Paytaxtın ən yüksək yerində yerləşəcək muzey kompleksinin hazırlanmasında əsas məqsəd “Smart Muzey” formatında Milli Qəhrəmanlarımız haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır.

Simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindrin olması nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Təyyub Ərdoğanın 7D formatında holloqrafik təsvirləri, onların çıxışlarından seçmələr, hər epizoddan sonra 7D formatında odlar yurdunun simvolunu əks etdirən və eyni zamanda şəhidlərimizin əbədi xatirəsinə həsr edilən holloqrafik məşəl yanacaq.

Muzeyin ərazisində, İkinci Qarabağ savaşında qənimət götürülən silahlarla yanaşı, “Bayraqdar”, “İti qovan” və Milli Ordumuzun digər hərbi texnikalarını da nümayiş etdirmək mümkün olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)