Pandemiya dövründə nə qədər iş yeri bağlandı? - RƏSMİ RƏQƏM
Gələn həftədən bəzi iş və xidmət sahələri fəaliyyətini bərpa edəcək. İri ticarət mərkəzləri və restoranlarda toyların keçirilməsi qadağası isə qalır.
ENA.az xəbər verir ki, bu isə həmin sahələrdə çalışan işçilərin yenə də işsiz qalması deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin 9 ayında 17 min 900 iş yeri bağlanıb. Onların 26%-i özəl sektorun payına düşür.
Eyni zamanda 106 min yeni iş yeri açılıb. Bu isə o deməkdir ki, nisbi rəqəmlərdə 88 min artım deməkdir. Açılan iş yerlərinin 66%-i Bakının payına düşür.
Qeyd edək ki, hazırda 600 min işsizə 190 manat həcmində müavinət verilir. Rəsmi çalışanlar 2 ay müavinət ala bildilər.
Sonradan işsiz olanlara isə bu müavinət verilmədi. Dəstək paketinə gəlincə, vəsaitin 1 milyard manatı sosial sahəyə, 1.5 milyardı biznesə institusional və vergi tipli dəstəyə, eləcə də modul tipli xəstəxanaların təchizatına xərclənib.