İnşaat və əmlak

Ötən il Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi açıqlandı

2020-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 957,2 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 47,6% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 367,3 milyon manat (artım 2,9%) təşkil edib.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 8 milyon 747,3 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,9 dəfə çoxdur. Bu artım prezident İlham Əliyevin bəzi çoxmərtəbəli yaşayış binalarının istismarının sadələşdirilməsi haqqında imzaladığı fərmanın həyata keçirilməsi ilə əlaqədardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department