Putinin olduğu deyilən 1.3 milyard dollarlıq saray – FOTOLAR
Bir müddət əvvəl zəhərlənən və bu səbəbdən də Almaniyaya müalicəyə aparılan Rusiya müxalifətinin əsas simalarından biri Aleksey Navalnı president Vladimir Putinin sərvəti ilə bağlı geniş araşdırmaları yayımlamağa başlayıb. Həmin yayımlanan araşdırmalardan biri Putinin Krımda inşa etdirdiyi deyilən nəhəng sarayı ilə bağlıdır.
Navalnının yaydığı videoda qeyd edilir ki, Putin üçün Krımın Gəlincik rayonunda inşa edilmiş saray 1.3 milyard dollar başa gəlib. “Sarayda olmayan şey yoxdur. Bura Rusiya içində ayrı bir şəhər, hətta krallıqdır. Qəfəsləri, şəxsi limanı, xüsusi mühafizəsi, kilsəsi, özünə aid icazə sistemi, uçuşlar üçün qadağan edilmiş bölgəsi, hətta özünün şəxsi sərhədd mühafizə zastavası var. Və bütün bunlar Putinə aiddir”
Rusiya müxalifətinin lideri bildirib ki, sarayın yerləşdiyi ərazidə konsert və teatr səhnəsi mövcuddur. “Sarayda həmçinin Təxminən 200 min dollar dəyərində olan dəri divan, 25 metr uzunluğunda hovuz, üzüm bağları, rəqs meydançası, qəlyan çəkmək üçün ayrıca salon və içində iki kreslonun olduğu böyük bir hamam da var”.
Navalnı iddia edir ki, Putinin Qara dəniz sahilindəki sarayından birbaşa sahilə çıxmaq üçün gizli tinellər də var. Onun sözlərinə görə, sarayın yerləşdiyi ərazidə buz meydançası da mövcuddur.
Kremlin mətbuat katibi Dmitri Peskov Navalnının yaydığı görüntülərin saxta olduğunu və həqiqəti əks etdirmədiyini bildirib. “Bəziləri köhnə val yenidən fırladır. İllər öncə də Putinin Gəlincik rayonunda sarayının olmadığını bildirmişdik”.