Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb.
“ENA” xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, qadağaya səbəb yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusunun aşkarlanmasıdır.
İdxala qadağa yanvarın 16-dan qoyulub.