Səfir: "Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır"
Azərbaycanda tanınmış Fransız markalarıın distribütor ofisləri yenidən təşkil olunur və səfir də yeni açıqlama ilə gündəmə gəlib.
"Fransa Ermənistan və Gürcüstan kimi, Azərbaycanın da hər zaman dostu olub və istisnasız Cənubi Qafqazın bütün dövlətləri ilə sıx münasibətlər qurmaq istəyir". Bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross bildirib.
Onun sözlərinə görə, Azərbaycan kimi, Fransa da dünyəvi, müasir və çoxməzhəbli ölkədir, ateistlər, xristianlar, yəhudilər və müsəlmanlar irlikdə yaşayırlar: "Azərbaycan kimi, Fransa da biomüxtəlifliyin qorunub saxlanması, iqlim dəyişkənliyinə qarşı mübarizə və ümumdünya səhiyyə sahəsində qloballaşmanın əsas çağırışlarına qarşı çıxmaq üçün multikulturalizmə ümid bəsləyir".