Sığorta

Dövlət Sığorta Şirkətinə 77 yaşlı sədr təyin edildi

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) İdarə Heyətinə yeni sədr və üzvlər təyin edilib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, 77 yaşlı Aftandil Hacıyev Əsgər oğlu İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edəcək. O, 1944-cü ilin 15 yanvarında dünyaya gəlib və 1968-ci ildən bu tərəfə müvafiq sahə üzrə iş təcrübəsinə malikdir. Sonuncu vəzifəsi “Azərsığorta”nın İdarə Heyəti sədrinin birinci müavini idi.

Buna qədər A.Hacıyevin təyin olunduğu vəzifə vakant idi. Belə ki, “Azərsığorta”nın İdarə Heyəti sədri vəzifəsində olan Məmməd Məmmədov Prezident İlham Əliyevin 2020-ci ilin 13 mart tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdi. M.Məmmədov bu posta13 yanvar 1993-cü ildən çalışırdı. Vəzifəsindən ayrıldıqdan 6 ay sonra isə 80 yaşında dünyasını dəyişməsi barədə yerli KİV-də xəbərlər yayılmışdı.

Digər təyinat isə “Azərsığorta”nın İdarə Heyətinə yeni üzv seçilən üzvdür. Xəyyam Hətəmov Şirin oğlu İdarə Heyətinin üzvi seçilib.

Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)