Nikoil Bank dolların alışını 1.7030-a qaldırıb?
Azərbaycan bankları dolların satışını artırıblar.
"BI" xəbər verir ki, eyni zamanda əhalidən dollar alışına qoyulan qiymətlər də artıb.
Nikoil Bank isə bu gün dolların alışını 1.7030 manat göstərib. Məsələ ilə bağlı bnakla əlqə saxladıq və bizə bankın rəsmi saytına baxmaq məsləhət görüldü.
Lakin bankın rəsmi səhifəsində də dolların alış kursu 1.7030 göstərilirdi.
Yenidən əlaqə saxladıq və bank əməkdaşları bankın saytındakı mübadilə kursunu görüb onun yalnış olduğunu bildirdilər.
Bankdan aldığımız məlumata görə, Nikoil Bank dolları əhalidən 1.7000 manata alır, satış isə 1.7030 manatdır.
Qeyd edək ki, hazırda dollar alışı iki bankda Amrahbank və Günaybankda daha yüksəkdir: 1.7015. Digər banklarda isə alış kursu 1.6970-1.7000 arasında dəyişir.