“PAŞA Holdinq” aktivlərini 10% artırıb
2020-ci il yanvarın 1-nə “PAŞA Holdinq” MMC-nin aktivləri 11,9 milyard manat təşkil edib.
ENA.az holdinqə istinadən xəbər verir ki, bu, 2019-ci il yanvarın 1-i ilə müqayisədə təxminən 10% çoxdur.
Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri təxminən 11% artaraq 9,3 milyard manata, balans kapitalı isə təxminən 8% artaraq 2,6 milyard manata çatıb.
2019-cu ildə holdinq 1,5 milyard manat gəlir əldə edib. Bu, 2018-ci illə müqayisədə təxminən 15% çoxdur.
Hesabat dövründə holdinqin işçilərinin sayı təxminəmn 35% artaraq 8 500 olub.
Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda - əsasən, maliyyə, tikinti və turizm sahələrində bir sıra müəssisələrə malikdir.