Birja

Bankların dollara tələbi yenə 100 milyonu ötdü

14 yanvar 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. ENA.az xəbər verir ki, "hərracda tələb 100,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir", - deyə Mərkəzi Bankın açıqlamasında bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi dəyişməyərək 1,7000 səviyyəsində formalaşıb.

Neftin qiymətinin kəskin ucuzlaşması fonunda martın 9-dan etibarən Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olunub. Xüsusilə, əhali valyuta mübadiləsi məntəqələrində fəal şəkildə xarici valyuta alır.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)