Ən çox istifadəçi məlumatlarını yığan PROQRAMLAR
İnternet təhlükəsizliyi mövzusunda araşdırmalar aparan müstəqil təşkilat Cladio, aralarında Facebook, Instagram, Twitter, Whatsapp, Google Maps, Air Bnb, Spotify, Tinder, Uber, Tiktok, Amazon, Ikea, Paypal və Netflix kimi şirkətlərin ağıllı telefon tətbiqlərində (proqramlarında) və internet saytlarında istifadəçidən tələb edilən məlumatlar mövzusunda əhatəli bir siyahı hazırlayıb.
ENA xəbər verir ki, Cladio araşdırmanı aparan zaman müştəri ya da istifadəçilərə aid ad soyad, elektron poçt, yaş, cinsiyyət, doğum tarixi və yeri, mövqe, irq, dini inanc, mədəni vəziyyət, ev ünvanı, iş yeri, istifadə etdiyi mobil cihaz, anasının qızlıq soyadı və bank məlumatları kimi 32 fərqli təməl fərdi məlumat analiz edilib.
Clario-nun siyahısına görə istifadəçilərin məhrəm məlumatları mövzusunda "ən çox məlumata sahib olan", müştərilər haqqında "ən çox məlumat yığan" tətbiq 70.59% ilə Facebook-dur.
Siyahıda ilk 5-də yer alan digər proqramlar 58.82% ilə Instagram, 55.88% ilə Tinder, 52.94% ilə Grindr və Uber-dir.