MALİYYƏ

“Deutsche Bank” Tramp və onun şirkətləri ilə əməkdaşlığı dayandırdı

Almaniyanın aparıcı bankı “Deutsche Bank” ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Donald Tramp və onun şirkətləri ilə əməkdaşlığı dayandırmağa qərar verib.

ENA.az "New York Times” nəşrinə istinadən xəbər verir ki, bank bu addımı dövlət başçısının tərəfdarlarının yanvarın 6-da ABŞ Konqresinin binasına hücumuna cavab olaraq atıb.

"Deutsche Bank” D.Trampın oğullarının idarə etdiyi “Trump Organization” şirkətinə təxminən 340 milyon ABŞ dolları borc verib. Bank şirkətin əsas tərəfdaşıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)