Baş nazir Əli Əsədov qərar imzalayıb
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 471 nömrəli Qərarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul edilmişdir.
Bu dəyişikliyi Baş Nazir Əli Əsədov 12 yanvar 2021-ci ildə imzalayıb.
Sözügedən Qərar velosiped istehsalı üçün ölkəmizə idxal edilən ehtiyat hissələrinin gömrük rüsumlarından azad olunmasının iki il müddətinə uzadılmasını ehtiva etməklə, yerli istehsalın və regionların sənaye potensialının inkişafına dəstək məqsədi daşıyır.
Qərar 2019-cu ilin 10 dekabrında imzalanmışdı, həmin gündən 30 gün sonra qüvvəyə minirdi. Yeni dəyişiklikdə isə daha 2024-cü ilin 10 yanvarına qədər müddət uzadılır.