Putin: Qarabağ müharibəsi 2020-ci ilin ən mühüm hadisəsi olub
![](https://ena.az/uploads/news/2021-01/_ena_c463fc8bc767eebf54f991a67_o.jpg)
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsini ötən ilin ən mühüm hadisəsi adlandırıb.
"Təbii ki, Dağlıq Qarabağda ağır vəziyyət ötən ilin ən mühüm hadisəsidir", - deyə o bildirib.
"Lakin mən döyüş əməliyyatlarını, qan tökülməsini dayandırmağa müvəffəq olmağımızdan məmnunluğumu bildirmək istəyirəm, sülhməramlı missiya öz funksiyasını yerinə yetirir və bütövlükdə, vəziyyət tədricən normallaşır", - deyə Putin əlavə edib.
O, Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat imzalamasının vacibliyini də vurğulayıb.