Qarabağ

Azərbaycan, Ermənistan, Rusiya dövlət başçılarından - YENİ BƏYANAT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar.

"Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki biz razılığa gələ bildik və regionda vəziyyətin inkişafı ilə bağlı birgə bəyanat imzaladıq", - deyə Putin Əliyev və Paşinyanla danışıqların yekunları üzrə bildirib.

O izah edib ki, söhbət iqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı ilə bağlı konkret addımlardan gedir.

"Bu məqsədlə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yaradılacaq", - deyə Rusiya prezidenti əlavə edib.

Onun sözlərinə görə, baş nazirlərin müavinləri yaxın zamanlarda ekspertlərdən ibarət işçi altqruplar yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafına dair konkret planlar təqdim edəcək.

"Əminəm ki, bu razılaşmaların həyata keçirilməsi həm erməni, həm də Azərbaycan xalqının, bütövlükdə isə şübhəsiz ki, regionun xeyrinə olacaq və deməli, Rusiya Federasiyasının da maraqlarına xidmət edəcək", - deyə o sonda vurğulayıb.

ENA.az bəyanatı təqdim edir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)