13 yerli bank AMB-nin notlarına maraq göstərib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200289S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən ENA.az-a verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 97,7198 manat (10%) və 98,8696 manat (4,89%) 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 442 508 700 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98,6193 manat (6%), orta ölçülmüş qiyməti 98,6896 manat (5,69%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 2 aprel 2021-ci ildir.