“Facebook” məşhur insanların səhifələrindən “Like” düyməsini siləcək
“Facebook” sosial şəbəkəsi interfeysə dəyişiklik etdikdən sonra, brendlərin və məşhur insanların ictimai səhifələrindən “Like” düyməsini siləcəkdir.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şirkətin nümayəndələrinin fikrincə, bu addım səhifələrin populyarlığını daha dürüst şəkildə qiymətləndirməyə imkan verəcəkdir.
“TechCrunch” nəşriyyatı “Facebook”un istifadəçilərin izləyici sayını göstərməyə davam edəcəyini açıqlayıb. Belə bir yenilik “yaxın bir neçə gündə” görünəcək.
Qeyd edək ki, sosial şəbəkənin yeni interfeysinə həm də ictimai səhifələr üçün ayrıca xəbər lentinin yaradılması daxildir. Onun əsas məqsədi məşhur insanların pərəstişkarları ilə ünsiyyəti asanlaşdırmaq olacaq.
Yeni dizayn ictimai səhifə adından rəy bildirməyə, o cümlədən birbaşa rəy bölməsindən istədiyiniz şəxsi izləməyə imkan verəcək.