Yanvarın 18-dən sonra karantin qaydaları yumşaldılacaqmı?
“Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması ilə bağlı heç bir məlumatım yoxdur. Bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma statistikasına baxaraq qəbul edə bilir”.
“ENA” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.