Bayden xalqa təcili müraciət edib
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Kapitoliya binası qarşısında polislə Tramp tərəfdarları arasında yaranan qarşıdurma zamanı xalqa təcili müraciət edib.
Baydenin müraciəti onun Rəsmi Tvitter hesablarından birində yerləşdirilib.
C.Bayden hazırkı prezident Donald Trampdan televiziyaya çıxmağı və Kapitoliyanın “mühasirəsinə” son qoyulmasına çağırış etməyi tələb edib: “Tramp Konstitusiyanı müdafiə etmək andını yerinə yetirmək üçün dərhal televiziya qarşısına çıxmalı və tərəfdarlarından Konqresin yerləşdiyi Kapitoliyanın “mühasirəsinə” son qoyulmasını tələb etməlidir”.
Bildirilib ki, yeni seçilmiş prezident bundan əvvəl ABŞ paytaxtında baş verənləri “qiyam” adlandırıb.