Avro manata nisbətdə bahalaşdı: rəsmi məzənnələr
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
ENA.az xəbər verir ki, avronun məzənnəsi 0,24 % artaraq 2,0958 manat, Rusiya rublunun məzənnəsi isə 0,44 % yüksələrək 0,0230 manat təşkil edib. Bir Türk lirəsi isə hazırda 0.2327 manat təşkil edir.