Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı oldu

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.
Zastavanın açılışında DSX-nın rəis müavinləri general leytenant İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.
Daha sonra dövlət himnimizin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
"Bartaz" sərhəd zastavasında üç rəngli bayrağımız qaldırılıb