Statuslar

Əgər ekologiya faktoru varsa niyə hibrid və elektromobillər üçün gömrük rüsumları tətbiq edilir?

Dizel yanacağın qiymətinin birdən- birə 33% qaldırılması və aqrar sahəyə kompensasiya nəzərdə tutulmaması məntiqsiz və anlaşılmazdır

Son zamanlar kənd təsərrüfatı sahəsi prioritet elan edilib. Yenicə subsidiyalar sistemi işə salınıb. Prezidentin bu sahənin inkişafı ilə bağlı xüsusi təşəbbüsləri , çağırışları olub.

Özüm də son dövrlərdə bu çağırışlarla əlaqəli həm də yekunda smart bağ yaradılması məqsədilə intensiv bağçılıqla da məşğul oluram. Dediyim odur ki, bir neçə ildir ki, həm də bu proseslərin içərisindəyəm.

Birmənalı olaraq deyə bilərəm ki k/t sahəsi dizelin üstündə " oturub".

Rəqəmsal biznes üçün internet nədirsə aqrar sahə üçün də dizel həmin rolu oynayır

Amma Tarif Şurası qəflətən aqrar sahənin əsas təminatı olan dizelin qiymətini 33% qaldırıb.

Və qəribədir ki , kompensasiya nəzərdə tutulmayıb.

Bu isə fermerlərin xərclərini kifayət qəfər qaldıracaq. Fermerlərin aldığı güzəşrtli kreditlər bu xərcləri ödəyə bilməyəcək.

Əgər aqrar sahə üçün kompensasiya olmayacaqsa son zamanlar dirçəlməyə başlayan bu sahəninin inkişafı ləngiyəcək və şübhəsiz ki , tənəzzül qaçılmaz olacaq.

Nəticədə k/t məhsulların qiyməti də qalxacaq.

Yeri gəlmişkən, bu qiymət artımları ilə bağlı hökumətin yanaşmasında da məntiüsizlik var.

Dizel yanacağın qiymət artımını hökumət ekologiya ilə əlaqələndirir.

Həm də, neft resursları olmayan ölkələrin uyğun qiymətlərinin müqayisəsi də, düşünürəm ki, məntiqli və uğurlu bir yanaşma deyil.

Əgər ekologiya faktoru varsa, onda bəs nə üçün həm hibrid, həm də elektromobillər üçün gömrük rüsumları tətbiq edilir, bu sahənin inkişafına subsidiyalar ayrılmır ?

Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department