Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqında iki dəfəyə qədər fərq var
2019-cu ilin statistikasına əsasən, Azərbaycanda əmək bazarında hələ də gender fərqləri mövcuddur.
ENA.az xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.
2019-cu ilin statistikasına əsasən, ölkədə 2,1 milyon nəfər qeyri-fəal əhalinin 1,4 milyon nəfəri və ya 65,8 %-i qadınlardır. Eyni zamanda, iqtisadi fəaliyyət növləri üzrə qadınların orta aylıq əməkhaqqı 335 manat, kişilərin orta aylıq əməkhaqqı 663 manatdır.Ad - 00:11
Sənəddə qeyd edilib ki, Azərbaycanın əmək bazarında qadınlar daha çox az ödənişli və qeyri rəsmi işlərdə çalışır ki, bu da kişi və qadın əməkhaqqlarında mühüm fərqin mövcudluğuna səbəb olur. (Apa)