ENA+

Ruhani: "ABŞ bizə vaksinlər, dərmanlar və ərzaq almaqda problemlər yaradır"

İran prezidenti Həsən Ruhani ABŞ-ı Tehrana koronavirusa qarşı peyvəndlərin alınmasında maneələr yaratmasına görə tənqid edib.

ENA.az xəbər verir ki, bu barədə İRNA agentliyi bildirib.

"ABŞ bizə vaksinlər, dərmanlar və ərzaq, həmçinin xaricdən almaq istədiyimiz başqa malların idxalında problemlər yaradır", - o bildirib.

Ruhani həmçinin əlavə edib ki, "amerikalılar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) qorxudub".

"Sizə necə etibar etmək olar? Siz oğurluqla məşhur olursunuz", - o qeyd edib.

Ruhani vurğulayıb ki, İran koronavirusa qarşı öz vaksinini yaratmağa çalışır. Rəsmi Tehran həmçinin xarici vaksinləri də almaq istərdi.

ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, İranda koronavirusa 1 194 963 yoluxma aşkar edilib, 54 574 insan ölüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)