Sosial iqtisadiyyat

Bu tarixlərdə ölkə üzrə ictimai nəqliyyat İŞLƏMƏYƏCƏK

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.

“ENA” xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağıdakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department