Qarabağ

Rusiya sülhməramlılarından Azərbaycana qarşı TƏXRİBAT

Qarabağda yerləşdirilən Rusiyalı sülhməramlıları Azərbaycana qarşı təxribata əl atıb.

ENA.az xəbər verir ki, Sülhməramli Qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, tarixin arxivinə göndərilmiş qondarma “Qarabağ respublikası”nın da bayrağı asılıb.

Xatırladaq ki, Rusiya sülhməramlı qüvvələri münaqişə bölgəsinə noyabrın 10-da Ermənistanın kapitulasiya aktını imzaladıqdan sonra daxil olub. Sülhməramlıların əsas missiyası atəşkəsin pozulmasının qarşısını almaq və yerli sakinlərə humanitar yardımın göstərilməsindən ibarətdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)